Bakıda hansı ərazilərdə mənzillər baha satılır?

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15.9% artıb. Köhnə tikililərdə mənzillərin qiyməti isə 12.2% bahalaşıb.

Bu barədə “Xəzər Xəbər”ə açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”nin sədri Vüqar Oruc məlumat verib.

O bildirib ki, son bir il ərzində paytaxtda fərdi yaşayış evlərinin qiyməti 13.5%, torpaq sahələrinin qiyməti 15.4%, qeyri-yaşayış obyektlərinin qiyməti isə 12.5% artıb.

Ekspert qeyd edib ki, hazırda ən baha daşınmaz əmlak torpaqdır. Daşınmaz əmlakın ən yüksək qiymətlərlə satışa çıxarıldığı rayonlar Səbail, Yasamal və Nəsimi rayonlarıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.