Bakıda hosteldən çürümüş qadın meyiti tapılıb

Bakıda hosteldən qadın meyiti tapılıb.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yerləşən hostellərdən birində 61 yaşlı Şabanova Aybəniz Məmi qızının çürümüş meyiti aşkar edilib.

Məlumata əsasən, qadın həmin hosteldə yaşayırmış.

Cəsəddə zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Lent.az)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.