Dünyada koronavirusa yoluxanların sayı 12 milyon 5 yüz mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb, 5 285 pasiyent dünyasını dəyişib.

Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 6 540 222 nəfərdə koronavirus aşkarlanıb, 283 357 pasiyentin müalicəsi müsbət nəticələnməyib. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda iki azyaşlı qızı avtomobil vurub

Sonrakı məqalə

MÜDAFİƏ NAZİRLİYİ ŞƏHİD OLMUŞ HƏRBİÇİLƏRİN ADLARINI AÇIQLADI