Bakıda iki yeni avtomobil tuneli açılıb

Bu gün Bakıda üzərindən dəmir yolları xətləri keçən iki avtomobil tunelinin açılışı olub.

APA-Economics”in məlumatına görə, tunelin açılışında “Azərbaycan Dəmir Yolları” QSC-nın sədrinin müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər.

Məlumata görə, birinci tunel Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşir.

Qeyd edək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metr təşkil edir. Qapalı hissənin uzunluğu 68 metrdir. Burda avtomobillərlə yanaşı piyadaların hərəkəti üçün də  səki də salınıb. Bu  isə tuneldən piyadaların da  keçid kimi istifadə edə bilməsinə imkan verəcək. Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və  generator quraşdırılıb. Tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.

Məlumata görə, tikintisi tamamlanan digər tunel isə Keşlə dəmir yolu stansiyasının yaxınlığında, M.Ə.Sabir küçəsində inşa edilib. Tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir.

Bu ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət  yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi deməkdir. Bu tunel belə halları aradan qaldıracaq, hərəkətin təhlükəsizliyini təmin edəcək.

Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb. Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və  generator quraşdırılıb. Qeyd edək ki, tunelin tikintisinə ötən ilin mayından başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP Siyasi Şurasının iclası keçirilir

Sonrakı məqalə

“Eurovision – 2020” ləğv edilməyəcək