“Avroviziya”nın Bakı qalibi 11 il sonra yenə birinci oldu

Avroviziya 2023” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Liverpulda keçirilən yarışmada İsveç təmsil edən müğənni Lorin tatu mahnısı ilə qalib olub.

O, tamaşaçılar və münsiflər heyəti tərəfindən ümumilikdə 583 xal toplayıb.

Qeyd edək ki, Lorin 2012-ci ildə Bakıda keçirilən “Avroviziya 2012”də də “Euphoria” mahnısı ilə qalib olmuşdu.

 

Azərbaycan “Avroviziya 2023” mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.

Ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.

Azərbaycanın digər ölkələrə verdiyi xallar isə ardıcıl olaraq aşağıdakı kimidir:

İsveç (10);

Albaniya (8);

İspaniya (7);

İtaliya (6);

Avstraliya (5);

İsveçrə (4);

Finlandiya (3);

Ukrayna (2);

Estoniya (1).

Mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Nərmin Salmanova təqdim edib.

Əvvəlki məqalə

“Bakıya qələbə üçün gəlməmişdik” –

Sonrakı məqalə

Türkiyədə seçkilər başlandı