Bakıda keçirlimiş “Avroviziya” yarışında Rusiyanı təmsil etmiş müğənni vəfat edib –

FOTO
26 Oktyabr 2019 - 23:23

Rusiyanın “Buranovskiye babuşki” folklor kollektivinin üzvü vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Udmurtiya Respublikasının başçısı Aleksandr Breçalov özünün Twitter səhifəsində məlumat verib. Kollektivin üzvü Natalya Puqaçyova 84 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Udmurtiyanın “Buranovskiye babuşki” folklor kollektivi Bakıda keçirilən “Avrovision-2012” mahnı yarışmasında Rusiyanı təmsil edirdi. Kollektiv həmin müsabiqədə ikinci yeri tutmuşdu.