Bakıda koronavirusa yoluxma ən çox hansı rayonlardadır? –

SİYAHI
27 May 2021 - 09:52

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

“Koronavirus.info” xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 11.2 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 7.2 faiz, Qaradağda 4.5 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.