Bakıda kütləvi dava olub- 2 nəfər bıçaqlanıb

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

Hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyi Bakıda bıçaqlanma hadisəsinə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə iyunun 11-də Nərimanov rayonu ərazisindəki məhəllələrin birində baş verib.

“Belə ki, 2002-ci il təvəllüdlü Zeynal Turabov tanışı Röyal İsrəfilova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır. Hər iki tərəfin izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”, – o deyib.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Ali məktəblərə qəbulun 2-ci cəhdi üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb