Bakıda lift qırılıb, 5 nəfər xəsarət alıb

Bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

5 nəfər (qadın cinsli) xəsarət alıb.

Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Əvvəlki məqalə

Ukrayna Sevastopola zərbə endirib –

Sonrakı məqalə

ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir –