Bakıda marketə saxta pul verən iki qadın saxlanılıb

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindəki marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əsginas verilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Sülh gündəliyinin irəliyə aparılması üçün danışıqlar prosesi davam etdirilir

Sonrakı məqalə

Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının rəsmisini qəbul edib