Bakıda marketə saxta pul verən iki qadın saxlanılıb

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindəki marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əsginas verilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.