Bakıda maşın süpürgəçi qadını vurdu, qadın ofisianta çırpıldı

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

Hadisə Təbriz küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu süpürən qadını vurub.

Zərbənin təsirindən qadın yol kənarında dayanan “Şuşa” restoranın ofisiantı 1999-cu il təvəllüdlü Heydərov Şəhriyar Namiq oğluna çırpılıb.

Ş.Heydərovun başı beton plitəyə çırpılıb. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.

Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Əvvəlki məqalə

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb

Sonrakı məqalə

Rusiyanın dondurulmuş aktivləri Ukrayna üçün silah almağa xərclənəcək