İyunun 11-də paytaxtın Nizami rayonunun Ş. Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nizami rayon 25-ci Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov əməliyyat tədbirləri ilə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.