Bakıda oktyabrın 3-dən intensiv yağış, dağlıq rayonlara qar yağacaq –

XƏBƏRDARLIQ
01 Oktyabr 2021 - 15:08

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 7-dək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 06-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında oktyabrın 07-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.