Xaricdə təhsil üzrə Proqramda hansı ixtisaslara üstünlük veriləcəyi açıqlanıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək.”

Bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın hazırlanmasına dair bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, hazırda bu sahələrdən ancaq bir qisminin adını çəkmək olar: “Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür və ya bu sahədə bizim özümüzün kadr hazırlığı hələ ki, ürəkaçan vəziyyətdə deyil. Bu sahələrə daha çox diqqət ayırmalıyıq ki, kadrlar xaricdə hazırlansın və Azərbaycanda kadr hazırlığında iştirak etsin.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şöbədə həyat yoldaşını öldürən polisin toy görüntüləri –

Sonrakı məqalə

Bakıda oktyabrın 3-dən intensiv yağış, dağlıq rayonlara qar yağacaq –