Bakıda polis maşınının üzərində pivə içən şəxs saxlanıldı- FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq, pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun “Report”a verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılıb.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir. O, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə təvil verilib.

V.Əsədov qeyd edib ki, N.Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq təsirli tədbirlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda işəgötürənlərlə ixtisarlarla bağlı xəbərdarlıq edilib

Sonrakı məqalə

Arif Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib