Bakıda polis tabel silahı ilə sevgilisini öldürdü-

İntihara cəhd etdi (RƏSMİ)
20 May 2021 - 15:00

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.