Oktyabrın 7-də saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami Rayon Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırma zamanı həmin ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 kvadratmetr olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfərin xəsarət alması müəyyən olunub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.