Bakıda Rusiya vətəndaşı itkin düşüb. Ramana qəsəbə sakini Musayev Cahid Mühəbbət oğlu Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək Rusiya vətəndaşı olan qonağı, 1998-ci il təvəlllüdlü Hümbətova Elnarə Elxan qızının evdən çıxaraq getdiyini və geri qayıtmadığını bildirib. Faktla bağlı araşdırma aparılır. (APA)