İran ABŞ-la əldə olunacaq istənilən razılaşmanın əsas şərtlərindən biri kimi bütün cəbhələrdə müharibənin dayandırılmasını tələb edir.
Azpost.info bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.
O bildirib ki, bütün cəbhələrdə müharibənin dayandırılması ABŞ-la imzalanacaq istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır.
“Bütün cəbhələrdə müharibənin dayandırılması istənilən razılaşmanın ayrılmaz tərkib hissəsi olmalıdır. Müharibənin davam etdiyi şəraitdə hansı razılaşmadan danışmaq olar? Buna görə də bu, İranın tələblərindən biridir”, – Bəqai brifinq zamanı deyib.
Diplomatın sözlərinə görə, bu tələb təkcə İranın maraqlarına deyil, həm də Tehranın bütün region qarşısında daşıdığı məsuliyyətə uyğundur.
Bəqai qeyd edib ki, İran regionun təhlükəsizliyini və sabitliyini vahid bütöv kimi qiymətləndirir. Onun sözlərinə görə, Tehranın tələbləri aydındır və Xarici İşlər Nazirliyi onların yerinə yetirilməsi üçün qətiyyətlə və ardıcıl şəkildə çalışacaq.
N.Talıblı