Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilir.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
**
Bakıda SPECA-nın Zirvə görüşü başlayır.
Bu gün BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünə həsr olunan Zirvə görüşü başlayır.
Prezident İlham Əliyev Proqramın üzvü olan ölkələrin prezidentlərini qarşılayır.