Bakıda sərnişin avtobusları toqquşub, yaralılar var –- FOTO

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

“Xaliq Faiqoğlu” MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.(APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.