Bakıda torpağın qiyməti bahalaşıb

Mart ayında Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

“MBA Consulting Group” şirkətindən verilən məlumata görə, mart ayında Bakıda bir sot torpağın orta qiyməti 7,22 faiz bahalaşıb. İl ərzində isə qiymətlər 2,32 faiz bahalaşıb.

Qeyd edilib ki, qiymət artımı mövsümi xarakter daşıyır. Yaz-yay fəsli dövründə torpağa, həyət evlərinə tələbat artır, torpaq bazarında aktivləşmə müşahidə edilir, torpaq sahələrində ev tikintisi işləri aktivləşir. Bütün bunlar torpaq bazarında qiymətlərə təsirsiz ötüşmür.

Əvvəlki məqalə

Yaponiya Putinin qızlarına və 385 rus deputatına sanksiya tətbiq etdi

Sonrakı məqalə

SOCAR Ukraynaya yardım kimi verdiyi yanacağın həcmini açıqlayıb