Bakıda tozlu havanın iki gün davam edəcəyi gözlənilir

Bu gün Bakı və Abşeron yarımadasında havada toz dumanı müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı açıqlandı

Sonrakı məqalə

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb