Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

“SputnikArmenia”-nın məlumatına görə, səhər saat 08:00-dan (Bakı vaxtı ilə eynidir) açıq olan seçki məntəqələri artıq bağlanıb, məntəqə komissiyaları üzvləri səsləri saymağa başlayıblar.

Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, saat 17:00-a seçici fəallığı 38,17% olub – 989 972 nəfər iştirak edib. MSK-nın rəhbəri Tiqran Mukuçyan seçkilərdə iştirakın ilkin nəticələrini saat saat 21:00-da elan edəcək.

Müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyini bildiriblər. Pozuntuların əksəriyyəti texniki xarakter daşıyıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda tozlu havanın iki gün davam edəcəyi gözlənilir

Sonrakı məqalə

Türkiyə millisi qrupda qaldı –