Bakıda Türk Dövlətləri Təşkilatının dini liderlərinin üçüncü toplantısı keçirilir

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin üçüncü görüşü keçirilir.

Görüşdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gəlib.

Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək.

Əvvəlki məqalə

Səxavət Əlisoy ADR Partiyasından istefa verdi:

Sonrakı məqalə

“Ermənistanın siyasi və din xadimləri dinc yanaşı yaşamağa maneçilik törədir” –