Bakıda X Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb

09 Noyabr 2019 - 22:20

Noyabrın 6-dan 9-dək Azərbaycan paytaxtında X Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Üç gün ərzində “Nizami” Kino Mərkəzində müxtəlif ölkələrin kinorejissorlarının ekran əsərləri nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində festivalın bağlanış mərasimi keçirlib.

Mərasimdə çıxış edən festivalın direktoru, kinoprodüser Fəhruz Şamiyev qeyd edib ki, bu cür tədbirlər yeni istedadların üzə çıxarılması və ölkəmizdə kinematoqrafiyanın inkişafı baxımından əhəmiyyətlidir.

Sonra ən yaxşı qısa filmlərin rejissorlarına diplom və mükafatlar təqdim edilib.