Bakıda yandırılmış kişi meyiti tapılıb –FOTO

Bakıda qətl hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, axşam saatlarında “DSK yolu” kimi tanınan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsi, Rayon Prokurorluğu və Bakış Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Əraziyə və meyitə baxış keçirilən zaman öldürülən şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu müəyyən edilib. Eyni zamanda meyitin yandırıldıqdan sonra yol kənarına atıldığı aşkar edilib.

Kriminal ekspertlərin apardığı araşdırma zamanı meyitin baş nahiyəsindən başqa bütün bədən üzvlərinin tamamilə yandığı məlum olub.

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri və tərkibi müəyyənləşib

Sonrakı məqalə

Türkiyədə 1 May aksiyalarına görə 3 günlük komendant saatı tətbiq edildi