Bakıda yaşayış binasındakı yanğın söndürülüb –

Paytaxtın Nizami rayonunda yerləşən binanın zirzəmisində yanğın qeydə alınıb.

Hadisə Bakı Metrosunun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən yüksəkmərtəbəli yaşayış binasında baş verib. Zirzəmidə məişət tullantıları yanır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Nizami rayonunda yerləşən binanın zirzəmisində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacıqabulda 17 yaşlı yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanılıb

Sonrakı məqalə

Lukaşenko yenə əlində avtomat iqamətgahının qarşısına çıxıb –