Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıdan Naxçıvana və əks istiqamətdə uçan sərnişinlərə

Orkhan Ali 12 Avqust 2024 - 13:50 (Last updated: 21 May 2025 - 20:15)
66b9c900e660c66b9c900e660d172345164866b9c900e660a66b9c900e660b

Yay tətilinin tezliklə başa çatması və tədris ilinin başlanması ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artması gözlənilir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

AZAL-dan verilən məlumata görə, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hər gün 20-dən çox reys həyata keçirilir. Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün aviabiletləri öncədən almaq məsləhət görülür.

Mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.

Qeyd edək ki, təkcə iyul ayında AZAL yüksək tələbatla əlaqədar olaraq Naxçıvana 745 uçuş həyata keçirib. Bir ay ərzində xidmət göstərilən sərnişinlərin ümumi sayı 85 mindən çox təşkil edib.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Post navigation

Previous: Rusiya Belqorod vilayətindən əhalini köçürür
Next: “İsrailin hərəkətlərinə cavabımız sərt olacaq”

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Almaniya Silahlı Qüvvələri Litvada yerləşən hərbi bölməsindən radioelektron mübarizə vasitələri ilə Rusiya və Belarus ərazilərini müşahidə etmək...
Read more about Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır peskov
  • Dünya

Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır

User 29 Oktyabr 2026 - 19:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.