Bakıdan Sumqayıta yeni marşrut xətti açılır - Gediş haqqı nə qədər olacaq?

“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

Bu barədə “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.

Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.