Bakının mərkəzində qəza riski yüksək olan yol– Sürücülər narazıdır

Yol
Yol

Bakının mərkəzi hissəsində yerləşən Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsi təhlükəli yol sahəsi kimi tanınır. AzPost xəbər verir ki, bu yolayrıcında hərəkətin təşkilindəki çatışmazlıqlar qəza riskini artırır və sürücülərin narazılığına səbəb olur.

Sürücülərin bildirdiyinə görə, xüsusilə tuneldən çıxaraq Davud Aslan küçəsinə dönmək istəyənlər üçün təhlükəli vəziyyət yaranır. Problem ondadır ki, sürücülər sağ tərəfdən gələn nəqliyyat vasitələrini vaxtında görməkdə çətinlik çəkirlər. Eyni zamanda, “Stop” xəttində dayanaraq sola baxmaq istəyənlər də soldan gələn avtomobilləri divar səbəbindən görə bilmirlər.

Quraşdırılmış yol güzgüsünün problemi tam həll etmədiyi qeyd olunur. Yolun kənarındakı divar görmə bucağını həm sağdan, həm də soldan məhdudlaşdırır. Bu isə sürücülərin nəqliyyat vasitələrini yalnız son anda fərq etməsinə və qəfil manevrlərə səbəb olur.

Yol-nəqliyyat ekspertləri ərazidə qəza riskinin azaldılması üçün təcili olaraq texniki və infrastruktur dəyişikliyinə ehtiyac olduğunu bildirirlər. Təkliflər arasında divarın şəffaflaşdırılması, əlavə işıqfor və xəbərdarlıq nişanlarının quraşdırılması da yer alır.

Sürücülər aidiyyəti qurumlardan təhlükəsizliyin təmin olunması üçün operativ tədbirlər görülməsini gözləyirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.