Baktelecom-un IPTV xidməti müştəriləri bezdirdi- “Qoşuldum, peşman oldum!”

Baktelecom
Baktelecom

Son dövrlər Baktelecom-un təqdim etdiyi IPTV və TvInTV xidmətləri ilə bağlı şikayətlərin sayı artıb. Müştərilər xidmətin keyfiyyətindən və texniki dəstəyin səviyyəsindən narazıdır. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Məhəmməd Məmmədov öz hesabında yaşadığı çətinlikləri ictimailəşdirib.

O bildirib ki, 2024-cü ilin dekabrında xidmətə qoşulsa da, cəmi iki ay normal istifadə edə bilib. Daha sonra texniki problemlər başlayıb və dəfələrlə müraciət etməsinə baxmayaraq, problem aradan qaldırılmayıb. “Aylıq ödəniş edib xidmətdən istifadə edə bilmirəm. İşçilər laqeyd yanaşır, baxış üçün gəlmək üçün yalnız həftə içi uyğun olduqlarını deyirlər. Evdə olmadığım vaxt isə sadəcə məsələyə biganə yanaşırlar,” — deyə Məmmədov vurğulayıb.

O həmçinin qeyd edib ki, xidmətdən imtina etmək istədikdə də çətinliklə üzləşib. “Qoşulmanı online qəbul etdilər, amma imtina üçün mütləq həftə içi ərizə yazmalıyam. Bu nə məntiqdir?” deyə o bildirib.

Qeyd edək ki, bu, Baktelecom-un IPTV xidməti ilə bağlı ilk narazılıq deyil. Son aylarda bir sıra istifadəçilər də oxşar problemlərlə qarşılaşdıqlarını sosial şəbəkələrdə paylaşırlar.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.