Baltikyanı ölkələr Rusiyanın elektrik enerjisindən imtina etdilər

Baltikyanı ölkələr mayın 22-dən Rusiyadan gələn elektrik enerjisindən imtina ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildiriblər ki, Litvanın ehtiyacları İsveç, Polşa və Latviya ilə mövcud əlaqələr vasitəsilə, yerli istehsal və idxal hesabına ödənilir. Litvanın elektrik ötürücü sisteminin operatoru “Litqrid” bundan əvvəl bildirmişdi ki, son illərdə Rusiyadan elektrik enerjisi idxalı məqsədyönlü şəkildə azaldılıb. Məsələn, 2021-ci ildə ölkədə ümumi istehlakın 16 faizini təşkil edib.

Rusiyanın elektrik enerjisindən imtina qərarını dəyərləndirən ölkənin energetika naziri Daynyus Kreyvis bunu Litvanın enerji müstəqilliyinə doğru gedən yolda mühüm mərhələ adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

AMEA-nın 41 yaşlı tarixçi alimi özünü öldürüb

Sonrakı məqalə

“Sağ-salamatam, Ukraynada qohumum həlak olub” –