“Sağ-salamatam, Ukraynada qohumum həlak olub” –Rüstəm Muradov açıqlama verdi

Ukraynada Rusiya sülhməramlı kontingentinin sabiq komandanı, Rusiya Qəhrəmanı Rüstəm Muradovun əmisi oğlu Salman Süleymanov Ukraynada öldürülüb. 

Azpost.info bildirir ki, bu barədə Telegram-kanalda məlumat yayılıb. 27 yaşlı S.Süleymanov vzvod komandiri olub. Yanvar ayından onları Ukrayna ilə sərhədə göndərmişdilər. Mənbə deyib ki, Salman Dərbənddə dəfn olunub.

Xəbərdə həmçinin deyilirdi ki, general Rüstəm Muradov da döyüşdə yaralanıb.

General Rüstəm Muradov yaxın qohuunun həlak olduğunu Haqqın.az-a təsdiqləyib. Bununla yanaşı özünün yaralanması barədə xəbəri təkzib edib.

R.Muradov Rusiyanın Cənub Hərbi Dairəsi komandanının müavinidir.

Əvvəlki məqalə

Baltikyanı ölkələr Rusiyanın elektrik enerjisindən imtina etdilər

Sonrakı məqalə

Vergi Xidmətinin Baş İdarəsinə yeni rəis təyin olunub