Bank kartları ilə ödənişlərin həcmi 20 milyard manata çatıb –Mərkəzi Bankının sədri

Azərbaycanda bankların 84%-nin mobil əlavəsi var. Bankların cari hesabları üzrə ödənişlərin 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib.

Bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, internet bankçılıq vasitəsilə ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən bu ilin on ayında 55%, mobil əlavələr vasitəsilə aparılan ödəmələr 3 dəfə artıb.

“Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42%-i keçib. Bu isə bir ildə 12% artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manat civarına çatıb” – deyə AMB sədri əlavə edib .

Əvvəlki məqalə

Bakıda gənc oğlan bibisini bıçaqlayıb

Sonrakı məqalə

Viləşçay Su Anbarı niyə quruyub? –