Bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Bank kartı
Bank kartı

Paytaxt sakini olan bir nəfər şəxsin bank kartından 2300 manat məbləğində pulun oğurlanması barədə Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin şəxsin idarə etdiyi “Toyota” markalı avtomobilində sərnişinin onun mobil telefonunu danışmaq adı ilə alması və geri qaytararkən bank kartından 2300 manatının oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən qadın müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.