Banqladeşin istefa verən Baş naziri Şeyx Hasinanı daşıyan hərbi helikopter Hindistanın şərqindəki Tripura əyalətinin Aqartala şəhərinə eniş edib.
Azpost.info xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Məlumata görə, Hasina oradan Londona gedəcək. O, bacısı ilə birlikdə daha təhlükəsiz yerə sığınmaq üçün Dakkadakı iqamətgahını tərk edib.
Azpost.info