“Barış bulağı”na azərbaycanlı tələbələr də dəstək verdi- Tbilisidə aksiya keçiriblər (FOTO)

Gürcüstanın paytaxtı Tbilisidə Türkiyə səfirliyinin qarşısında “Barış bulağı” hərbi əməliyyatlarına dəstək məqsədi ilə aksiya keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, səfirlik binasının qarşısına toplaşan 100-ə yaxın azərbaycanlı tələbə Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək verdiklərini bildiriblər.

Aksiya iştirakçıları Türkiyə hərbçilərinə dəstək olaraq “Dik dur, əyilmə, bu millət səninlə!”, “Hər türk əsgər doğulur” şüarları səsləndiriblər, dünya dövlətlərini Türkiyəyə qarşı ədalətli mövqe tutmağa çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsa Həbibbəyli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Sonrakı məqalə

Qəbələdə ər arvadına işgəncə verərək döyüb –