Baş Nazir Əli Əsədov xarici investorları Azərbaycana sərmayə yatırmağa

ÇAĞIRIB
22 Noyabr 2019 - 16:12

“Xarici investorları Azərbaycana sərmayə yatırmağa dəvət edirəm”.

“APA-Economics”in verdiyi məlumata görə, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunmuş Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin ilk investisiya sammitində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ölkədə iqtisadiyyatın inkişafı üçün vacib amillərdən biri olan stabillik hökm sürür və eyni zamanda Azərbaycandan asanlıqla valyuta çıxarmaq və ölkəyə valyuta gətirmək mümkündür.

Qeyd edək ki, tədbirdə Ermənistan prezidenti, Belarus, Moldova və Ukraynanın Baş nazirləri, həmçinin Gürcüstanın Baş Nazirinin müavini də tədbirdə iştirak edirlər. Sammitdə Avropa İttifaqı və AYİB-in nümayəndələri, investisiya mühiti, investisiya meylləri və imkanları, AYİB-in fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.