Baş nazir Əli Əsədov İqtisadi Şuranın iclasını keçirib

Oktyabrın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi ətraflı müzakirə olunub.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupların rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir