Baş nazir dövlət telekanalının rəhbərlərindən tələb etdi –"Maaşlarınızı büdcəyə qaytarın"

Polşanın Baş naziri Donald Tusk “Telewizja Polska” dövlət telekanalının rəhbərlərindən 2023-cü ildə aldıqları yüksək maaşları büdcəyə qaytarmağı tələb edib.

Donald Tusk bu barədə özünün media hesabında yazıb.

Polşa televiziyasının bəzi rəhbər işçiləri 2023-cü ildə 1,5 milyon zlotı (təxminən 382 min dollar) maaş alıblar.

Dekabrın 27-də Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç “Telewizja Polska” dövlət televiziya kanalı, “Radio Polskie” radiostansiyası və “Polska Agencja Prasowa” informasiya agentliyinin ləğv olunduğunu elan edib.

Əvvəlki məqalə

Dünyada əhalinin sayı 75 milyon nəfər artıb

Sonrakı məqalə

Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 26 nəfər ölüb –