Baş Nazirin birinci müavini Yaqub Eyyubov:"İşdən azad olunanlarla bağlı məndən heç nə soruşmayın"

Prezident İlham Əliyev Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu istefa ərizələri ilə bağlı qəbul edərkən onların bu qərarlarının hökumətdə olan digər yaşlı məmurlar üçün də nümunə olacağına inandığını deyib.

Prezidentin bu bəyanatından sonra sosial şəbəkələrdə yaşlı məmurların adları açıqlanır.

Həmin şəxslədən biri də Baş Nazirin birinci müavini Yaqub Eyybovdur.

Bəs görəsən, 74 yaşlı Yaqub Eyyubov Prezidentin bu çağırışına qoşulmaq istəyirmi?

Gununsesi.org bu sualla Baş Nazirin birinci müavininə müraciət edib. Yaqub Eyyubovun suala cavabı isə qısa olub: “Məndən bu barədə heç nə soruşmayın. İşdən azad olunan şəxslərlə bağlı da hər hansı bir şərhim yoxdur”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda biznesmenə cinayət işi açıldı –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi