Baş nazirin müavini:"Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü iki dəfə artıra bilər"

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünün həcmini iki dəfə artıra bilər. Hazırda bu göstərici ildə təxminən 600 milyon dollara bərabərdir.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya-Azərbaycan regionlararası forumunda deyib.

O bildirib ki, Moskva məhsulları elektron formatda izləyə bilər. Ş.Mustafayev həmçinin əməkdaşlığın bütün parametrlərinin, bütün proseslərin rəqəmsallaşdırılmasının zəruriliyini vurğulayıb:

“Biz bu istiqamətdə addımlar atırıq ki, avtomatik olaraq, yerindəcə Rusiya bazarlarına daxil olan məhsullarımızın mənşəyini, keyfiyyətini və digər parametrlərini yoxlamaq mümkün olsun”.

Qeyd edək ki, Moskvada iki gün davam edəcək 10-cu Azərbaycan-Rusiya Regionlararası forumunda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, deputatlar, biznes dairələrinin nümayəndələri iştirak edir.

Forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 5 milyon ayırdı

Sonrakı məqalə

“Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq ənənələrinə əsaslanır”