Baş Prokurorluqda kollegiya iclası başlayıb –"Cinayətlərin 87,3 faizinin üstü açılıb”

Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası başlayıb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

iclasda Baş Prokuror Kamran Əliyev çıxış edir.

İclasda, həmçinin rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edirlər.

Çıxış edən  Baş Prokuror Kamran Əliyev bildirib ki, ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin üstü açılıb.

O bildirib ki, prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Türkiyənin məşhur kino aktrisası Fatma Girik vəfat edib