Başına çip qoyulan ilk adam həyatının necə dəyişdiyini açıqlayıb

“Neuralink” şirkəti tərəfindən başına beyin implantı yerləşdirilmiş ilk xəstə Nolan Arbo jurnalistlərə həyatının necə dəyişdiyini deyib.

Azpost.info bildirir ki, bu barədə Business Insider xəbər verir.

Arbonun sözlərinə görə, o, özünü yaxşı hiss edir, çox işləyir, amma gərginliyi hiss etmir. O, sosial şəbəkələrdə ünsiyyət qurmaq və komikslər oxumaq üçün çipdən istifadə edir. Çip ona yapon dilini də öyrənməyə kömək edir.

“Bəzən günə səhər saat 7-də başlayıram və 23.00-a qədər implantdan istifadə edirəm… Bunu bəyənirəm, özümü işlədiyimi hiss etmirəm”, – deyə Arbo etiraf edib.

Xatırladaq ki, bu ilin yanvarında İlon Maskın şirkəti dünyada ilk dəfə iflic olan şəxsə beyin implantı yerləşdirib. Arbo şüuru ilə kompyuterdə şahmat oynaya, sosial şəbəkədə yazışa bilir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Rusiyada müharibə veteranları ilə ermənilər arasında kütləvi dava düşüb