“Bavariya” futbolçu Omar Riçardsla yollarını ayırıb

“Bavariya” klubu futbolçusu Omar Riçardsla yollarını ayırıb.

Almaniya təmsilçisinin rəsmi saytı  xəbər verir ki, 24 yaşlı müdafiəçi İngiltərənin “Nottingem Forest” klubuna keçib.

Qeyd edək ki, ingilis futbolçu ötən mövsüm “Bavariya”nın heyətində 17 oyunda meydana çıxıb.

Əvvəlki məqalə

Rusiya Xarkovda yaşayış binasını raketlə vurub

Sonrakı məqalə

Göyərtəsində 30 sərnişin olan gəmi Volqa çayında batdı