“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb

11 May 2021 - 09:55

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb.

O, buna 32-ci turda “Borussiya” (Münhenqladbax) ilə matçda qol buraxmamaqla nail olub.

Otuz beş yaşlı qolkiper çempionatda ümumilikdə qapısını toxunulmaz saxladığı görüşlərin sayını 204-ə çatdırıb. Beləliklə, Noyer Oliver Kanın rekordunu təkrarlayıb. Oyunçu bunu çıxdığı 467-ci qarşılaşmada gerçəkləşdirib. Kan isə karyerası ərzində 557 matç keçirib.

Qeyd edək ki, sözügedən oyun Münxen təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.