Filippində valideynlər öz uşaqlarının adlarını çətinliklə tələffüz edirlər

Filippində valideynlər yeni doğulan uşaqlarına elə bir uzun ad qoyublar ki, hətta özləri belə onu tələffüz etməkdə çətinlik çəkirlər.

Filippin KİV-ləri xəbər verir ki, balacanı evdə sadələşdirilmiş adla çağırsalar da, rəsmi sənədlərdə onun adı o qədər də asan deyil. Belə ki, uşağın adı Qlinnil Hilhir İzziqil Mampuan Buskatodur və bu ad 34 hərfdən ibarətdir. Uşağın adının əks olunduğu sənədi foto kimi çəkən ailənin dostlarından biri onu sosial şəbəkədə yerləşdirib. Bu fotonun 50 min dəfə təkrar yayımlandığı və nəticədə virusa çevrildiyi bildirilir.

Yerli televiziyaya müsahibə verən valideynlər bildiriblər ki, uşağın adı yaxın qohumların adlarından götürülmüş hərflərin kombinasiyasıdır. Balacanın atası isə bildirib ki, o, böyüyən zaman adının necə əhəmiyyətli olduğunu balacaya izah edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb

Sonrakı məqalə

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini açıqlayıb