“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb.

O, buna 32-ci turda “Borussiya” (Münhenqladbax) ilə matçda qol buraxmamaqla nail olub.

Otuz beş yaşlı qolkiper çempionatda ümumilikdə qapısını toxunulmaz saxladığı görüşlərin sayını 204-ə çatdırıb. Beləliklə, Noyer Oliver Kanın rekordunu təkrarlayıb. Oyunçu bunu çıxdığı 467-ci qarşılaşmada gerçəkləşdirib. Kan isə karyerası ərzində 557 matç keçirib.

Qeyd edək ki, sözügedən oyun Münxen təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsrailin aviazərbələri nəticəsində 20 nəfər həlak olub –

Sonrakı məqalə

Filippində valideynlər öz uşaqlarının adlarını çətinliklə tələffüz edirlər